Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirildi
19 iyun 2023
# 14:00

Bakıda II Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının bağlanış mərasimində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva II Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının keçirilməsini kitab mədəniyyətinin təbliğində, Türk xalqlarının bir birine yaxınlaşmasında vacib rol oynadığını qeyd edib. G. Əfəndiyeva Fond tərəfindən Türk ölkələrinə həsr edilən günlər çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanla bağlı müxtəlif məzmunlu tədbirlərin təşkilindən danışıb.

Daha sonra Fondun təşkilatçılığı ilə baş tutan “Saqınbaydın Manası”, Süleyman Çələbinin “Mevlid” kitablarının təqdimat mərasimləri, Çingiz Aytmatovun “Ana tarla” əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı tamaşanın nümayişi, “Qazax ədəbiyyatı günü”, “Qırğız ədəbiyyatı günü”, “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı”, “Əlişir Nəvai inciləri”, “Mikloş Radnoti və macar poeziyası” adlı tədbirlərdə fəal iştirak edən şəxslərə təşkilatın diplomları verilib. Həmçinin festivalın rəhbəri, şair Xəyal Rza Fondun xüsusi plaketi ilə təltif olunub.

# 1824 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər