Bakıdakı Rus evində “Köçəri namələr” sərgisi açıldı

Bakıdakı Rus evində “Köçəri namələr” sərgisi açıldı
17 noyabr 2023
# 18:50

Bakıdakı Rus evində məşhur “Köçəri namələr“ sərgisi açılıb. “Köçəri namələr“ Əlfiyyə İlyasova və Natalya Nikolayevanın təşəbbüsü ilə yaradılan beynəlxalq bədii sərgidir.

Kulis.az xəbər verir ki, sərginin açılışında “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəlinin rəhbəri İrek Zinnurov, Milli Məclisin deputatı, Azərbaycanın Əməkdar rəssamı, layihənin kuratoru Ülviyyə Həmzəyeva, Milli Məclisin deputatları Hicran Hüseynova və Aydın Mirzəzadə çıxış ediblər.

2006-cı ildən həyata keçirilən layihə müxtəlif məkanlarda təşkil olunur və ən fərqli insanlar arasında əlaqə yaradaraq, yeni məna çalarları təqdim edir. Onun geniş coğrafiyası da əlamətdardır: Rusiya, Qazaxıstan, Türkmənistan və Türkiyənin müxtəlif regionlarından olan rəssamlar yaratdıqları əsərlərin mübadiləsini aparıblar. Layihə Türk dünyası mədəniyyətinin qorunması və inkişafına verdiyi töhfəyə görə TÜRKSOY təşkilatının fəxri nişanı ilə təltif edilib.

Layihənin təşkilatçıları Moskva Şəhər Hökumətinin Regionlararası və Milli Siyasət Komitəsi, Moskva Millətlər Evi, Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi, Saxa-Yakutiya Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət və Turizm Nazirliyi, Udmurtiyanın Milli Siyasət və Mədəniyyət Nazirliyi, Başqırdıstan Respublikasının N.Latfullina adına Müasir İncəsənət Muzeyi, Mari-El Respublika Təsviri İncəsənət Muzeyi, “Çingiz xan” yaradıcılıq birliyi, “Tamqa” yaradıcılıq birliyi, Saxa-Yakutiya Rəssamlar İttifaqı, Rusiya Rəssamlar İttifaqının regional bölməsi, Tatarıstan Rəssamlar İttifaqı, Rusiya Rəssamlar İttifaqının regional bölməsi, Rusiya Rəssamlar İttifaqının Naberejnıye Çelnı bölməsi, Yamalo-Nenets Muxtar dairəsi Noyabrsk şəhərinin administrasiyası, Yamalo-Nenets Muxtar Dairəsi Noyabrsk şəhərinin Muzey Resurs Mərkəzi, Naberejnıye Çelnı İncəsənət Qalereyası, Komsomolsk-na-Amur şəhəri Təsviri İncəsənət Muzeyi və Bakıdakı Rus evidir.

AZƏRTAC

# 2105 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər