Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq
25 may 2026
# 17:49

Mayın 31-dən iyunun 3-dək Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə təşkil olunan festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onlara böyük səhnədə çıxış etmək imkanı yaratmaq və peşəkarlarla birlikdə ortaq layihələr həyata keçirməkdir. Bu layihə nəsillər arasında yaradıcı varisliyin və sənət ənənələrinin qorunmasında gözəl bir körpü rolunu oynayır.

“Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar üçün maraqlı konsert proqramları, sərgilər və musiqili təqdimatlar təşkil olunacaq. Festival günlərində gənc istedadların, rəqs, vokal və instrumental kollektivlərin çıxışları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı nəzərdə tutulub.

Giriş biletlərini şəhərin bütün mərkəzi kassalarından əldə edə bilərsiniz.

# 907 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər