Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olundu

Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olundu
4 may 2026
# 12:28

Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyində görkəmli tatar şairi Qabdulla Tukayın anadan olmasının 140 illiyinə həsr olunmuş ədəbi-musiqili axşam keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin təşkilatçıları qismində “Ak kalfak” Tatar Qadınları Cəmiyyəti və “Kayum Nasıri İnstitutu” Bakı təhsil-mədəniyyət mərkəzi çıxış edib.

Tədbiri “Ak kalfak” cəmiyyətinin rəhbəri Saniyə Almyaşeva və aparıcı Alim Əliyev açıblar. Giriş hissəsindən sonra Qabdulla Tukayın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Ədəbi-musiqili axşamın proqramı zəngin olub. “Ak kalfak”, “Lalə” və “Tuqan tel” ansambllarının ifasında şeirlər, nəğmələr və xalq mahnıları səsləndirilib. Amalya Axmadulinanın ifa etdiyi “Par at” rəqsinin premyerası böyük maraq doğurub.

Milli geyimli uşaqlar tədbirə xüsusi ovqat qatıblar. Onlar tatar və rus dillərində şeirlər söyləyib, gənc iştirakçılar Rayana Aybatulova və Maqsud Əliyev isə Q.Tukayın əsəri əsasında hazırlanmış səhnəcik nümayiş etdiriblər.

Gecənin ən yaddaqalan məqamlarından biri də “Kayum Nasıri İnstitutu” Bakı Mərkəzinin tələbələri tərəfindən hazırlanmış “Su anası” musiqili tamaşası olub. Elmir Yusiflinin rejissorluğu təqdim olunan tamaşa Tukayın nağıllarının sehrli dünyasını canlandırıb və tamaşaçılara sevimli uşaqlıq obrazları ilə yenidən görüşmək imkanı bəxş edib.

İslam əsasları kursunun tələbələri də qonaqlar qarşısında çıxış edərək Qabdulla Tukayın dini mövzularda şeirlərini təqdim ediblər. Kursun direktoru Hacı Farqat Qafurov şairin bu sahədə irsindən, din və mənəvi dəyərlər haqqında fikirlərindən danışıb və Müqəddəs “Quran”dan surələr oxuyub.

Tədbirin fəxri qonağı olan Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nuriyyə Mansurova təşkilatçılara və iştirakçılara tatar adət-ənənələrinin, ana dilinin və mədəni yaddaşının qorunmasına verdiyi töhfələrə görə minnətdarlıq edib.

Hər bir çıxışın əsas məzmunu ana dilinə sevgi, milli adət-ənənələrə hörmət və tatar xalqının zəngin irsinə qürur hissi olub. Tədbir tatar dilinə, mədəniyyətinə və Tukayın poeziyasına sevgini ehtiva edən nəsillərin görüşünə çevrilib.

Axşam xüsusi rəmzi kulminasiya ilə başa çatıb: bütün iştirakçılar birlikdə “Tuqan tel" mahnısını ifa ediblər. Bu mahnı nəsilləri birləşdirən, tarixi yaddaşı canlandıran və hər kəsə ana dilinin gözəlliyini xatırladan bir mahnıdır.

# 973 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər