Bakıda müəllif kuklalar sərgisi açıldı

Bakıda müəllif kuklalar sərgisi açıldı
12 iyun 2024
# 10:09

Bakıdakı Rus evində rəssam və kukla ustası Fərəh Əliyevanın “Kukla” adlı müəllif kuklalar sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərginin müəllifi qonaqlara uzun illərin əməyini - incə və zərif gözəllər, rok ifaçıları, bürclərə aid kuklalar, milli nağıl personajları, musiqiçiləri təqdim edib.

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev sərgi haqqında təəssüratlarını bölüşüblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

Fərəh Əliyeva Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Müəllif Kuklalar Təşkilatının üzvü, beynəlxalq müsabiqə, festival və sərgilərin iştirakçısıdır. Kuklaların hazırlanması ilə 2010-cu ildən məşğuldur və əhəmiyyətli nailiyyətlər əldə edib. Rəssamın yüzdən çox əsəri Azərbaycan, Fransa, ABŞ, Gürcüstan, Rusiya və digər ölkələrdəki muzeylərdə, art-qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

# 2570 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər