Bakıda İsveç film günləri başlayır

Bakıda İsveç film günləri  başlayır
2 noyabr 2023
# 17:20

İsveç Krallığının ölkəmizdəki səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində Bakıda İsveç film günləri başlayır.

Kulis.az xəbər verir ki, filmlərin nümayişi noyabrın 7, 4, 21 və 28-də “Azərbaycan” CinemaPlus-da təşkil olunacaq.

Festivala Erik Poppenin “Emiqrantlar” tammetrajlı bədii filmi ilə start veriləcək. Film ailəsi ilə birlikdə İsveçdən Amerikaya mühacirət edən Kristina Nilssonun həyatından bəhs edir. “Yenidən başlamaq. Özünü yenidən yaratmaq. Bu mümkündürmü? Biz hansısa yeni ölkəyə köçürük, yoxsa ölkə bizə?” Kristina, ömrü boyu bu suallara cavab axtarır.

Noyabrın 14-də nümayiş olunan ikinci film Tarik Salehin “Cənnətdən gələn oğlan” tammetrajlı bədii filmidir. Film Qahirədə Əl-Əzhər Universitetində təhsil alan Adəmin dini və siyasi mübarizənin qurbanına çevrilməsindən bəhs edir.

Noyabrın 21-də Sanna Lenkenin “Komediya kraliçası” tammetrajlı bədii filmi nümayiş olunacaq. 13 yaşlı Saşa stendap-komediyaçısı olmaq istəyir. Onun əsas məqsədi, anasının vəfatından sonra üzü gülməyən atasını güldürməkdir.

Sonuncu film noyabrın 28-də Lasse Hallströmün rəssam qadın Hilmanın həyatından bəhs edən “Hilma” tammetrajlı bədii filmi olacaq. Film onun uşaqlıq dövründən başlayır və qəhrəmanın sənəti bütün dinlərə və mədəniyyətlərə mənsub insanlarla əlaqə quranda bitir.

Filmlər orijinal dildə Azərbaycan dilində altyazılarla nümayiş olunacaq.

# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər