Azərbaycanlı yazarların əsərləri Zürixdə oxundu

Azərbaycanlı yazarların əsərləri Zürixdə oxundu
4 mart 2022
# 14:00

Fevralın 25-27-dək Sürix Ədəbiyyat evində Qafqaz Ədəbiyyatı günləri keçirildi.

Kulis.az xəbər verir ki, Müasir Azərbaycan ədəbiyyatı haqqında tarixçi (fəlsələ elməri doktoru) və tərcüməçi Elnurə Civəzadə öz mühazirəsində məlumat verdi. Tədbirin adı "Bakı divanı: Azərbaycanın müasir mədəniyyəti və ədəbiyyatı" idi. Əsas diqqət Qarabağ müharibəsinin müasir ədəbiyyatda işlənməsinə yönəlmişdi. Bəzi əsərlərin tərcüməsi qiraət olundu. Günel Mövludun Düşərgə romanından parçalar alman dilində aktrisa Lara Körte tərəfindən oxundu. "Düşərgə"də qaçqınlığın xüsusən qadınların çiyinlərinə qoyduğu yükün necə təsvir olunması haqqında danışıldı.

Bundan başqa Zümrüd Yağmurun "Yağış qadın“, Seymur Baycanın "Quqark“ romanı, Rasim Qaracanın "11 gecə" hekayələr toplusu və Əli Əkbərin "Artuş və Zaur“ romanı haqqında qısa təhlil təqdim olundu. Poeziya nümunələrindən Bahar Zamanın "Sən olmayan şəhər“, Aqşin Evrenin "Dünya yaşıl olanda“ utopiyası oxundu.

Qarabağ müharibəsinə həsr olunmuş əsərlərin humanist əsasları haqqında danışıldı. Oxunan nümunələrdə müharibənin insan talelərinə necə təsir etdiyi, cəmiyyəti necə dəyişdirdiyinin göstərildiyi izah olundu. Azərbaycan ədəbiyyatının nifrət və düşmən obrazlarından uzaq durması vurğulandı. Zümrüd Yağmürun Xocalı əsirliyindən çıxan qadınlara həsr etdiyi romanında göstərildiyi ki, müharibə onun nəticələrindən aslılı olmayaraq, iştirak edən hər iki cəmiyyətdə münasibətlərin sərtləşməsinə, ondan sonra fərdlər üçü normal həyata dönüşün çox çətin olmasına diqqət çəkildi. Azərbaycanın ən innovativ müəlliflərindən olan Rasim Qaraca isə öz hekayələrində müharibə qurbanlarının adi həyatını təsvir edərək, onları qəhrəman kimi müqəddəsləşib cəmiyyətdən uzaqlaşmaqdan xilas edir və bu itkilərin qoyduğu boşluğu aydın göstərir.

Azərbaycan ədəbiyyat tarixndə azsaylı utopiyalardan olan "Dünya yaşıl olanda" şeri həm ekoloji həm də sosial və mədəniyyətlərarası sülhə çağırış kimi dinləyicilər tərəfindən böyük maraqlı qarşılandı.

Qafqaz və xüsusən də Azərbaycan ədəbiyyatı haqqında geniş təsəvvürü olmayan qonaqlar bu əsərəri alman dilində oxumaq istədiklərini dilə gətirdilər və müasir Azərbaycan ədəbiyyatıın belə rəngarəng olduğuna təəccüblərini ifadə etdlər. Azərbaycan dilində bu qədər fərqli əsərlərin mövcud olması İsveçrədə bu ölkə haqqında olan məhdud təsəvvürlər üçün gözlənilməz idi.

# 2635 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər