Azərbaycanlı rejissorun filmi “Qızıl Delfin” mükafatına layiq görüldü

Azərbaycanlı rejissorun filmi “Qızıl Delfin” mükafatına layiq görüldü
1 oktyabr 2024
# 09:11

Rejissor Fuad Quliyevin “AZAL təhlükəsizlik videosu” adlı turizm filmi Kann Korporativ Media və TV Mükafatlarının (Cannes Corporate Media and TV Awards) final mərhələsində əsas mükafatlardan birini qazanıb.

Kulis.az xəbər verir ki, film “Turizm filmləri - İstiqamətlər - Xidmətlər” kateqoriyasının əsas mükafatına - “Qızıl Delfin”ə (Golden Dolphin Award) layiq görülüb.

Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən audiovizual əsərlər göndərilib.

“Azərbaycan Hava Yolları”nın sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda göstərilir.

Qeyd edək ki, film il ərzində bir çox beynəlxalq mükafatlara layiq görülüb.

# 2111 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər