Azərbaycanlı ilə nəinki dövlət, heç bostan qoruya bilməzsən

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

23 iyun 2023
# 11:11

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Nepotizm (qohumbazlıq, dəstəbazlıq) Orta əsrlərdə dövlətin uğurunu təmin edən bir sistem idi. Azərbaycan tarixində də iz qoymuş dövlətlərin, demək olar ki, hamısı, nepotizmin uğuru idi.

XX əsrdə biz iki dəfə nepotizmdən yayınıb dövlət qurmağa cəhd etdik (1918 və 1991). Hər ikisində uğursuzluğa düçar olduq.

Çünki nepotik olmayan dövlət üçün lazım olan alt yapı, mədəni, fəlsəfi baza yox idi. İctiami şüur səviyyəmiz adamını seçəndə yeddi arxadan gələn qanını yoxlayırdı, yeddi arxdan gələn biliyini deyil.

Hətta XXI əsrdə Azərbaycanın dövlət olaraq əldə etdiyi uğurun arxasında da milli nepotizmdən qaynaqlanan həmrəylik ənənəsi vardı.

Bu ənənədən kənara çıxan kimi Azərbaycan insanı bir varlıq olaraq dağılır, çünki onun bütövlüyünü qoruyacaq heç bir milli-sosial ideyaya, siyasi-əxlaqi ənənəyə sahib deyil. Və sən olmayan baza, yapı üzərindəki dağınıq azərbaycanlı ilə nəinki dövlət, heç bostan qoruya bilməzsən.

Amma nepotizmin uğuru kimi, uğursuzluğu da ölkə miqyaslı olur. Bu da tayfalararası, qruplararası qarşıdurmalar yaratması və milli bir kin, nifrət mühiti formalaşdırmasıdır ki, dövlət mənəviyyatını məhv edir.

Məsələn, Əfşar nepotizminin ən çox təqib etdiyi Qacarlar hakimiyyətə gəldikdə Şah Qacarın ilk işi diri ikən qisasını ala bilmədiyi Nadir şahın və oğlu Rzaqulunun Məşhəddəki məzarını qazdırıb sümüklərini çıxartdırmaq oldu. Sonra bu sümükləri gətirdib Teharndakı imarətinin qapısının ağzında basdırtdı ki, hər gün evə girib-çıxanda sağlığında nepotik kin bəslədiyi düşməninin sümüklərinin üstündən keçib getsin.

Hər iki nəticəni yazıram ki, bəlkə, bir yardımı toxundu.

İndi məni "din düşməni", "demokratiya düşməni", nə bilim, nə düşməni adlandıranlarla işim yoxdur, çünki özümün düşmən olduqlarımı çox yaxşı tanıyıram. Onların adı kor-koranəlikdir, tarixi hissiyyatsızlıqdır, eqodan arındırılmamış bilgidir, qəhrəmanlaşdırılmış cahillikdir, qeyri-peşəkar həmrəylik mühitidir və s.

# 8481 dəfə oxunub

Oxşar xəbərlər

Əlisəmid Kür Rafiq Tağının son günlərində ona nə demişdi?

Əlisəmid Kür Rafiq Tağının son günlərində ona nə demişdi?

18:32 14 oktyabr 2025
"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz

"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz

15:34 14 oktyabr 2025
“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

15:00 14 oktyabr 2025
Azərbaycanlı müğənni Rusiyadan  deportasiya olundu

Azərbaycanlı müğənni Rusiyadan deportasiya olundu

14:40 14 oktyabr 2025
"Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər" - Əlisəmid Kür haqqında

"Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər" - Əlisəmid Kür haqqında

14:32 14 oktyabr 2025
"Şərqin Marksı"  - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?

"Şərqin Marksı" - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?

14:10 14 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər