Azərbaycan poeziyası italyan dilində çap olundu

Azərbaycan poeziyası italyan dilində çap olundu
17 noyabr 2023
# 11:27

İtaliyanın Azərbaycandakı səfirliyində "Milyon illər sonra görüşdük" antologiyasının təqdimetmə mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, nəşr "Söz" Ədəbi-bədii layihəsinin və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə ərsəyə gəlib və gənc italyan şairlərinin Azərbaycanda tanınmasına və Azərbaycan poeziyasının müasir nümunələrinin İtaliyada təbliğinə yönəlmişdir.

Təqdimatda çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri bildirib ki, Azərbaycan bizim üçün önəmli ölkədir. Onun sözlərinə görə, əlaqələrimiz çox qədimlərə dayanır. İki tamam fərqli dildə danışsaq da, hisslərimiz çox yaxındır. Bu antologiyanın önəmi həm də ondadır ki, İtaliya ilə Azərbaycan arasında əlaqələr təkcə siyasi, iqtsadi sahələrdə deyil, həm də ədəbi-mədəni sahədədir. Bizim üçün mədəniyyət çox fərqli mahiyyət daşıyır. Neçə müddətdir ki, İtaliya və Azərbaycan mədəniyyətini yaxınlaşdırmağa çalışırıq. Şeirlərə gəldikdə isə, mən Nigar Həsənzadəyə təəkkürümü bildirirəm ki, belə bir təşəbbüs irəli sürüb.

Sonra şair-publisist, AYB üzvü, “Söz” Ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə səfirliyə bu təqdimata və nəşrin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, İtaliya səfirliyinin bu antologiyanın təqdimatı üçün seçdiyi məkan da tam bu kitabın ruhuna, fəlsəfəsinə uyğundur. Bu iki antologiyada təkcə poetik üslub baxımından deyil, həm də öz daxili emosional vəziyyətləri ilə bir-birindən fərqlənən gənc və istedadlı şairlərin əsərləri toplanıb: “İnanırıq ki, bu kitablar diqqətdən kənarda qalmayacaq və İtaliya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında, xüsusən də iki ölkənin gənc şairləri arasında ünsiyyət və işbirliyi yaranmasında yeni imkanlar açacaq”.

Xatırladaq ki, belə bir nəşrin ərsəyə gəlməsi ideyası 2019-cu ilin sentyabrında Bakıda keçirilən "Nəsimi- şeir, incəsənət, mənəviyyat" adlı festivalda italiyalı şair Davide Rondoninin, habelə şair Nigar Həsənzadənin təşəbbüsü ilə yaranmış və çap məsələləri 2021-ci ildə reallaşmışdır.

Əsərlərin tərcüməsi Züleyxa Muradovaya, redaktəsi Seyfəddin Hüseynliyə, nəşrin koordinasiyası Aydan Əliyeva və Izabella Serraya aiddir.

Qeyd edək ki, gənc Azərbaycan şairlərinin antologiyası İtaliyanən “Capire Edizioni”, italyan şeirlərinin Azərbaycan dilində antologiyası isə Azərbaycanın “Sərq-Qərb” nəşriyyatları tərəfindən həyata keçirilib.





"Xalq qəzeti"

# 2499 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatının məbləği artırıldı

Nobel mükafatının məbləği artırıldı

10:07 23 sentyabr 2026
"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?

"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?

10:00 23 sentyabr 2026
Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər