Azərbaycan nümayəndə heyəti Britaniya Milli Kitabxanasında olub

Azərbaycan nümayəndə heyəti Britaniya Milli Kitabxanasında olub
14 mart 2024
# 11:00

Martın 13-də Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Britaniya Milli Kitabxanasında olub və kitabxananın baş direktoru Roli Kitinqlə görüşüb.

Kulis.az xəbər verir ki, Roli Kitinq Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirovla ötən ilin iyununda Parisdə CENL-in illik toplantısında görüşündən və 2013-cü ildə Azərbaycan Milli Kitabxanasının 90 illik yubieyində iştirakı zamanı Bakıda keçirdiyi unudulmaz günlərdən, Azərbaycan xalqının qonaqpərvərliyindən, Bakının gözəlliyindən, milli mətbəximizin nümunələrindən söhbət açıb. Uzun illərin dostu prof. Kərim Tahirovu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələrini görməkdən məmnun olduğunu bildirib.

Prof. Kərim Tahirov görüş üçün təşəkkürünü bildirib. Əlavə edib ki, ölkələrimiz arasında mövcud olan qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasına əsaslanaraq Milli Kitabxanalar arasında qarşılıqlı əməkdaşlığın genişlədirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan və Böyük Britaniya Milli Kitabxanaları arasında əməkdaşlığa dair memorandumun imzalanması məqsədilə təkliflərini Britaniya Milli Kitabxanasının direkoruna təqdim edib. Eyni zamanda Kərim Tahirov Britaniya Milli Kitabxanasında görkəmli Azərbaycan şairləri N.Gəncəvinin, M.Füzulinin, X.Şirvaninin, Xətainin, M.Hadinin və digər klassiklərimizin qiymətli əlyazmalarının saxlandığına diqqət çəkərək onların tədqiqi və elektron nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstərməyi xahiş edib.

Çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Elçin Mustafayev Britaniya Milli Kitabxanasına təşəkkür edərək bu il may ayının əvvəllərində Bakıda böyük bir Beynəlxalq Mədəniyyət Tədbirinin – “VI Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun” keçiriləcəyini bildirib və Mədəniyyət Nazirliyinin rəhbərliyi adından həmin tədbirə dəvət edib.

Nazirliyin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli hörmətli direktor Roli Kitinqə təşəkkür edib və onu may ayında Bakıda keçiriləcək “Beynəlxalq Forum”da görməkdən şad olacaqlarını bildirib. 2024-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin keçiriləcəyini nəzərə alaraq böyük şairin Britaniya Milli Kitabxanasında saxlanılan əlyazmalarının elektron variantının Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstərməyi xahiş edib.

Görüşün sonunda nümayəndə heyəti Britaniya Milli Kitabxanası ilə tanış olublar.

# 1738 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər