Azərbaycan Fotoqrafiya Federasiyası beynəlxalq təşkilata üzv oldu

Azərbaycan Fotoqrafiya Federasiyası beynəlxalq təşkilata üzv oldu
11 dekabr 2023
# 14:30

Azərbaycan foto sənətinin inkişafına və təbliğinə töhfə verən “Azərbaycan Fotoqrafiya Federasiyası” İctimai Birliyi beynəlxalq foto təşkilata üzv qəbul edilib.

İctimai Birlikdən Kulis.az-a bildirilib ki, cari ilin dekabrında Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) İdarə Heyətinin qərarı ilə Azərbaycan Fotoqrafiya Federasiyası bu təşkilatın üzvləri sırasına daxil olub. Bununla da, Azərbaycanı bu nüfuzlu təşkilatda təmsil edən yerli foto təşkilatların sayı ikiyə çatıb. 2017-ci ildən bu günə kimi ölkəmizi həmin qurumda “Gilavar Foto Klubu” İctimai Birliyi təmsil edirdi.

Beynəlxalq Foto Sənəti Federasiyası 1946-cı ildə yaranıb və dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Yüzdən artıq ölkənin foto təşkilatlarını bir yerə toplayan FIAP, hazırda dünyanın ən böyük və nüfuzlu foto təşkilatı hesab olunur. Bu qurumun üzvlüyünə qəbul edilmiş federasiya və klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür.

Qeyd edək ki, “Azərbaycan Fotoqrafiya Federasiyası” İctimai Birliyi 2022-ci il dekabrın 1-də təsis edilib.

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər