Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı

Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı
15 sentyabr 2026
# 09:15

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəxlər və Mədəniyyətlər Festivalında ölkəmiz də təmsil olunub. Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi festivalda ölkəmizin zəngin milli mətbəxini, mədəni irsini və incəsənətini əks etdirən təqdimatlarla uğurla iştirak edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən kulis.az-a verilən məlumata görə, bu il festivala Azərbaycan da daxil olmaqla 15-dən çox ölkənin diplomatik nümayəndəlikləri qatılıb. Tədbir çərçivəsində iştirakçı ölkələr milli mətbəx nümunələrini, süfrə mədəniyyətini, adət-ənənələrini, musiqi və rəqslərini, eləcə də özünəməxsus mədəni irsini nümayiş etdiriblər.

Festivalın bədii hissəsində mərkəzin “Qarabağ Zəfəri” Rəqs Ansamblının ifasında Azərbaycan milli rəqs sənətinin zənginliyi və mədəni irsimizin özünəməxsusluğu festival iştirakçılarına təqdim olunub.

Müsabiqə çərçivəsində müxtəlif ölkələrin təqdim etdiyi milli yeməklər, onların hazırlanma xüsusiyyətləri, süfrə tərtibatı və təqdimetmə mədəniyyəti münsiflər heyəti tərəfindən ayrı-ayrı nominasiyalar üzrə qiymətləndirilib.

Festivalın yekun nəticələrinə əsasən, Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyası üzrə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, 2004-cü ildən etibarən ənənəvi şəkildə keçirilən “TASANNO” Beynəlxalq Milli Mətbəxlər və Mədəniyyətlər Festivalının əsas məqsədi xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəni dialoqun inkişafı və xalq diplomatiyasının imkanlarının genişləndirilməsidir. “TASANNO” festivalı müxtəlif xalqların milli mətbəxini, incəsənətini və mədəni ənənələrini vahid platformada bir araya gətirməklə ölkələr arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, qarşılıqlı tanıtımın gücləndirilməsinə və dostluq münasibətlərinin inkişafına mühüm töhfə verir.

# 701 dəfə oxunub

Oxşar xəbərlər

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər