AYB-də “Moldova poeziyası saatı” keçirildi

AYB-də “Moldova poeziyası saatı”  keçirildi
17 fevral 2025
# 14:30

Bu gün AYB-nin Natəvan klubunda Moldova və Rumıniya səfirlərinin iştirakı ilə “Moldova poeziyası saatı” keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə həmçinin görkəmli Moldova şairi Qriqore Vyerunun 90 illik yubileyi qeyd olunub, onun “İynənin nəğməsi”, İon Hadırkanın “Mavi şəhər” şeir kitablarının təqdimatı baş tutub.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, 2017-ci ildən bu yana rumın ədəbiyyatından 12 kitab Azərbaycan dilinə tərcümə edilib.

“Hazırda daha 3 kitab tərcümə üçün hazırlanır”, - o qeyd edib.

Tədbirdə Moldova və Rumıniya səfirləri hər iki şeir kitabı ilə bağlı fikirlərini bölüşüblər. Rumıniya səfiri, rumın şeirinin və ədəbiyyatının zənginliyini və dərinliyini vurğulayıb.

Moldova səfiri Moldova poeziyasının xüsusiyyətlərini, xalqın ruhunu və tarixini əks etdirən əsərlərin önəmini qeyd edib.

Hər iki səfir, bu kitabların tərcüməsi və Azərbaycan oxucusuna təqdim olunmasının ədəbi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini ifadə ediblər.

Tədbirdə sonunda şeirlər səsləndirilib.

# 1797 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər