Audiovizual Şuradan “Space TV”yə xəbərdarlıq

Audiovizual Şuradan “Space TV”yə xəbərdarlıq
13 iyun 2025
# 18:33

13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclasda "Space TV" kanalının efirində cari ilin 7 iyun, 8 iyun və 9 iyun tarixlərində yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.

"Maşa və ayı" cizgi filminin Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.

# 1568 dəfə oxunub

Oxşar xəbərlər

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

16:55 19 sentyabr 2026
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

16:45 19 sentyabr 2026
Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

15:00 19 sentyabr 2026
Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

14:30 19 sentyabr 2026
"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

14:10 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər