“Atabəylər: Şəmsəddin Eldəniz” in musiqi tərtibatı üzrə müsabiqə elan edildi

“Atabəylər: Şəmsəddin Eldəniz” in musiqi tərtibatı üzrə müsabiqə elan edildi
21 dekabr 2022
# 18:00

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”in musiqi tərtibatının (soundtrack) hazırlanması üçün dekabrın 25-dən 2023-cü il yanvarın 25-dək müsabiqə elan edir.

Kulis.az xəbər verir ki, ekran əsərində döyüş səhnələri, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu baxımdan, bəstələrini təqdim edən iştirakçılar müsabiqə üçün musiqilərin leytmotivini filmin mahiyyətinə uyğunlaşdırmalıdırlar. Müsabiqənin şərtlərinə əsasən hər bir iştirakçı ən azı 1 və ən çoxu 5 musiqi parçası, eləcə də fərqli leytmotivlər təklif edə bilər. Bir və ya bir neçə qalib gələn iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür. İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Qalib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

Qeyd edək ki, iştirakçılar öz bəstələrini [email protected] elektron ünvanına MP3 formatında göndərməlidirlər. Məktubda iştirakçının adı, soyadı və əlaqə nömrəsi mütləq qeyd edilməlidir. Müsabiqə 1-ci yerin qalibi 1.500 manat, 2-ci yerin qalibi 1.000 manat, 3-cü yerin qalibi isə 500 manat məbləğində mükafat alacaq. Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəssislərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və onların adları ictimaiyyətə açıqlanacaq.

# 2187 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər