Aşıq Alının “Nə qaldı” kitabı ikinci dəfə nəşr olundu

Aşıq Alının “Nə qaldı” kitabı ikinci dəfə nəşr olundu
23 dekabr 2025
# 11:47

Görkəmli el sənətkarı Aşıq Alının “Nə qaldı” kitabı “Qanun” nəşriyyatında ikinci dəfə çap olub.

Kulis.az xəbər verir ki, toplayanı və tərtib edəni İlham Qəhrəman olan kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb.

2020-ci il nəşrindən fərqli olaraq tərtibçi ustadın yeni kitabına müxtəlif mənbələrdən əldə edilmiş 1 müxəmməs, 4 təcnis, 1 cinas gəraylı və 3 qoşmasını əlavə etmişdir. Ümumiyyətlə təkmilləşdirilmiş ikinci nəşrdə el arasında təcnis Alı kimi tanınan sənətkarın qələminə məxsus 309 şeir toplanmışdır. Şeirlərin janr bölgüsü aşağıdakı kimidir: ustadnamə 25, qoşma 131 (2 qoşayarpaq qoşma), güllü qafiyyə 2, gəraylı 23, cinas gəraylı 14, ayaq təcnis 8, təcnis 54, dodaqdəyməz təcnis 7, dodaqdəyməz cığalı təcnis 3, divani 28, müxəmməs 1, qəzəl 1, qıfılbənd və bağlamalar 4. Oxucular ikinci nəşrdə həmçinin Aşıq Alıya məxsus və kitabına ilk dəfə düşən qıfılbənd bayatılar və təsniflərlə də tanış olacaqlar.

Nəşrdəki mətnlər aşıq şeirinin formasına uyğun ardıcıllıqla düzülməklə 15 bölmədə yer almışdır. 400 səhifədə 500 tirajla çap edilən kitab İlham Qəhrəmanın “Könül işi” adlı ön sözüylə açılır. Əldə edilən mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirmiş, cinasları yenidən əslinə uyğun qurub şərh etmişdir.

Bundan başqa, oxucuya əlçatan olsun deyə kitabın sonunda “Sözlük” və “Lüğət” verilib. Kitabın redaktoru Əsəd Cahangir, rəyçi aşığın nəslindən olan şair Telman Hüseyn, məsləhətçilər Məhərrəm Qasımlı və Aşıq Nəbi Nağıyevdir.

Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

# 1477 dəfə oxunub

Oxşar xəbərlər

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər