“And və Qafqaz dağları arasında təxəyyül dünyası” təqdim olundu

“And və Qafqaz dağları arasında təxəyyül dünyası”  təqdim olundu
19 dekabr 2025
# 10:05

Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun “And və Qafqaz dağları arasında təxəyyül dünyası” (The Imaginary World between the Andes and the Caucasus) adlı sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgidəki əsərlərin əsas qəhrəmanları And yaylasının rəmzinə çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlar insani duyğularla təsvir edilir.

Açılış mərasimindən əvvəl perulu rəssam Sol Alexo jurnalistlərə bildirib ki, Peru dünyada alpakaların məskəni kimi tanınır. Onun əsərlərinin böyük bir hissəsini məhz alpakalar təşkil edir və rəssam bu obrazları yaradıcılığında müasir üslubda təsvir edir.

Rəssam bildirib ki, Bakının və Şamaxının tarixi abidələri, görməli məkanlarından ilhamlanaraq sərgi üçün yaradıcılıq nümunələri ərsəyə gətirib və alpakaları həmin ərazilərdə təsvir edib. O, həmin yerləri gəzərkən tamamilə fərqli duyğular yaşayıb və yeni ideyalar əldə edib.

Sol Alexo And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərdə alpakaları həm rəmzi, həm də emosional mənada təsvir edib. Onun sözlərinə görə, əsərlərdə bəzən tək, bəzən cüt təsvir olunan alpakalar ətraf mühitlə əlaqəni nümayiş etdirir.

Sənətkar əlavə edib ki, bu kolleksiya onun üçün xüsusi əhəmiyyət daşıyır və gələcəkdə Azərbaycanla bağlı yeni yaradıcılıq işləri ərsəyə gətirə bilər.

Qeyd edək ki, ekspozisiyada Sol Alexonun müxtəlif əsərləri sərgilənir, bunların sırasında rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı rəsmlər də var.

# 1447 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər