Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsrini Sankt-Peterburqdan olan şoumen Stas Bareski satın alıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Bareski qəsri 450 milyon rubla aldığını bildirib. Onun sözlərinə görə, ulduz ailənin pula ehtiyacı olub, ona görə də İsrail və Baltikyanı ölkələrdə aparılan danışıqlar zamanı tezliklə alqı-satqı ilə bağlı razılaşmanın əldə edilməsinə tələsiblər.
Qəsrin yeni sahibi isə burada morq və krematoriya qurmağı düşünür.
“Alla Borisovna qəsrin ritual biznes sahəsində istifadəsi ilə bağlı qərarsız idi. Biz bu qəsrdən Rusiyada, Avropada, bütün dünyada ən böyük krematoriya və morq yaratmaq istəyirik. Burada müəyyən zonalar, bəzi ritual mağazalar, anbarlarımız olacaq”, - deyə Bareski qeyd edib.
Alla Puqaçovanın qəsri morqa çevriləcək
Oxşar xəbərlər
Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq
18:00
21 sentyabr 2026
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
17:33
21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı
17:30
21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı
17:06
21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı
17:00
21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi
16:57
21 sentyabr 2026