Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
Xəbəri APA-ya Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.
Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.
Aktyor Rza Rzayev həbs olundu
Oxşar xəbərlər
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq
12:27
6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza
12:00
6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi
11:43
6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu
11:17
6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu
11:05
6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi
10:58
6 noyabr 2026