"Aktyor" filmi 29 avqustdan kinoteatrlarda - Treyler

"Aktyor" filmi 29 avqustdan kinoteatrlarda - Treyler
26 avqust 2024
# 12:15

Rejissor Aydın Arslanın “Aktyor” bədii filmi 29 avqust 2024-cü il tarixindən etibarən "Parkcinema" və "Cinemastercard" kinoteatr şəbəkələrində nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, “Aktyor” daha öncə bir neçə sənədli və bir qısametrajlı bədii film çəkmiş rejissorun ilk tammetrajlı ekran əsəridir.

“Ayarfilm” tərəfindən istehsal olunan filmin rejissoru və ssenari müəllifi Aydın Arslan, prodüserləri Mamed Qurbanov və Aydın Arslandır.

Filmin mövzusu milli-mənəvi dəyərlərə sadiq, mühafizəkar aktyor Fərhadın həyat hekayəsi üzərində qurulub. Fərhad 20 illik sənət dostuna görə onunla birgə teatrdan uzaqlaşıb.

Dram janrında olan filmin bəstəkarları İffət Əsgərov və Məhəmməd Sabiroğlu, operatoru Anar Dadaşovdur.

Filmdə əsas rolları Tural Əhməd, Səmimi Fərhad, Türkay Cəfərli, Könül Şahbazova, Manaf Dadaşov, Mamed Qurbanov, Elvin Əhmədov və Məhəmməd Verdizadə ifa edirlər. 16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuş filmin xronometrajı 80 dəqiqədir.

# 3176 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər