Akademik Milli Dram Teatrında Zəfər Günü qeyd olundu

Akademik Milli Dram Teatrında Zəfər Günü qeyd olundu
8 noyabr 2022
# 11:30

Zəfər Günü münasibəti ilə Akademik Milli Dram Teatrında təntənəli tədbir keçirilib, "Zəfər yolu" tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən danışıb. Qeyd olunub ki, Akademik Milli Dram Teatrının 4 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan biri qazi olub.

Azər Paşa Nemətov bildirib ki, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub.

Tədbirdə teatrın Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı və mükafatı Xalq artisti Əli Nura, qazi Tərlan Əsgərliyə, müharibə iştirakçıları Ruslan Kərimova, Rüfət Cabbarova və Fuad Cəbrayılova təqdim olunub.

Daha sonra tamaşa nümayiş olunub.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Rüstəm Rüstəmov, Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Elnur Qədirov, Cavidan Novruz, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov çıxış edirlər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı "Zəfər yolu" tamaşasını 4-5-6 noyabr tarixlərində axşam və gündüz saatlarında olmaqla üç gün ardıcıl nümayiş etdirib. Səhnə əsəri məktəblilər, tələbələr və digər yaş qruplarından olan tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

# 2540 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər