Yeni yazı müsabiqəsi elan edildi

Yeni yazı müsabiqəsi elan edildi
20 aprel 2020
# 16:01

Azərbaycan Xalqı üçün bu önəmli tarixlə əlaqədar bu ildə nəzərdə tutulmuş tədbirlər planının bir hissəsi olaraq Milli Qəhrəman Çingiz Mustafayev adına Fond "Yazı Müsabiqəsi" keçirir - Hərbi vətənpərvərlik mövzusunda “Hərb tariximiz” adlı yazı müsabiqəsində iştirak edənlər üçün mükafatlar da olacaq.

I. Müsabiqənin şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

- Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.

- Müsabiqəyə 2020-ci il aprel ayının 30-dan may ayının 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

- Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

- Yazılarda işarə məhdudiyyəti yoxdur.

- Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Hərb tariximiz" mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.

III. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:

[email protected]

Təqdimat məktubunda yer almalıdır:

- Yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı;

- Yazı təqdim edən şəxsin fotosu;

- Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

- Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.

Qaliblərin elan edilməsi

Müsabiqənin təqdimatı iyunun 15-də, Milli Qəhrəman Çingiz Mustafayevin anım günü keçiriləcək.

Əlaqə telefonu:

(012) 345 45 08

(051) 206 42 70

# 7864 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər