Yalnız batan gəmilər tarixdə qalır - Aqşin Evrəndən yeni şeirlər

Yalnız batan gəmilər tarixdə qalır - Aqşin Evrəndən yeni şeirlər
16 sentyabr 2020
# 15:18

Bu gün çağdaş poeziyamızda özünəməxsus yolu olan Aqşin Evrənin doğum günüdür. Şair bu gün 30 yaşını qeyd edir. Kulis.az Aqşin Evrəni təbrik edir və oxuculara onun yeni şeirlərini təqdim edirik.

Taleyin burulğanı

Qəribədir:
Gəmilər insanları sahilə çıxarmaqçün yaradılır
Amma yalnız batan gəmilər tarixdə qalır.

Zəlzələ

Dağıntılar altında son dəfə gözünü açır şəhid atası
Və görür - üstünə oğlunun şəkli vurulmuş divar aşıb.

Şah Təhmasibə məktub

Nizələrin ucuna ilişən kəfən parçası
Sülh bayrağıtək yüksələr başımızın üstündə:
Bax, ölüm aləti belə bizi sülhə çağırır,
Ölüm sülhü bağırır, Şah!

Qəfil qılınclar doğrayar atların küt səsini,
Qapılar hər gün darıxar, gözləyər it səsini.
Birdən qəbirlər doldurar boş torpaq kisəsini
Əlini dünyadan çəkib evinə gedər Allah.

Şah!

İnsan torpaqçün döyüşər. Atlar nalından yıxılar
Ölmüş atın ayağından bizə baxar aypara
– Yəni göylər yerə enər... göylər gələr döyüşə
Görən necə olar bir gün torpaq ayağa qalxıb
insanların uğrunda gecə-gündüz döyüşsə?

Mən də torpaq istədim bir uşağın dibçəyinə tökməyə...
Sonra qılınclar doğradı atların küt səsini,
Qapılar hər gün darıxdı, gözlədi it səsini.
Biz də məşəl yandırdıq önümüzü görməkçün
Əksinə, tüstü qalxıb tutdu gözlərimizi.

Nal soyuğu gecədə bir sualım var sənə,
böyük Şah həzrətləri:

Buğdanın ortasındakı xətt
çörəyi yarı bölməli olduğumuza işarə deyilmi?

İşıqların qayıdışı

Bulud fikirləş - yağış yağsın düşüncələrinə
İslansın xəyalındakı qızının gülləri
Ananın dua üçün açılan əlləri
İslansın şəhər;
xanımını qucağında keçirt gölməçədən
Birlikdə damlaları tutun:
Bir gölməçə də siz oğurlayın küçədən.

Evdəykən tavanını, çöldəykən çətirini döyən yağış
sənə qovuşmaq istəyir bəlkə?
Yağış yağır
qlobusun üstündə axır damlalar
- islanır quraqlıq bir ölkə.

Ümid fikirləş... qoy ömrünə səadət dolsun.
Bulud fikirləş... və arxasında bir Günəş olsun.

# 3171 dəfə oxunub

Oxşar xəbərlər

Yusif Eyvazov "Aida"  operasında çıxış edəcək

Yusif Eyvazov "Aida" operasında çıxış edəcək

13:04 17 dekabr 2025
Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi

Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi

13:00 17 dekabr 2025
Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı?

Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı?

12:42 17 dekabr 2025
Tanınmış qiraətçi  vəfat etdi

Tanınmış qiraətçi vəfat etdi

12:35 17 dekabr 2025
ARKA gələn il 4 müsabiqə keçirəcək

ARKA gələn il 4 müsabiqə keçirəcək

12:31 17 dekabr 2025
Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi

Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi

12:25 17 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər