Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
27 dekabr 2019
# 09:47

"Sovremennik" ("Çağdaş") teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Qalina Volçek vəfat edib.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, 87 yaşlı aktrisa ağciyər iltihabı diaqnozu ilə Botkin xəstəxanasına yerləşdirilib. Volçek dünən gecə saatlarında Moskvada xəstəxanada dünyasını dəyişib.

Qalina Volçek 1933-cü il dekabrın 19-da Moskvada, məşhur kino operatoru və rejissor Ber (Boris) Volçek və senarist Vera Mayminanın ailəsində doğulmuşdu.

1956-cı ildə Moskva Bədii Teatrının (MXAT) gənc müdavimləri Oleq Yefremov, Yevgeni Yevstiqneyev, İqor Kvaşa, Oleq Tabakov və Qalina Volçek "Gənc aktyorların studiyası"nı yaradıblar. Sonradan həmin studiya "Sovremennik" adlanmağa başlayıb. Studiyaya Yefremov başçılıq edib. Həmin vaxtdan Volçekin həyatı bu teatrla bağlı olub. 60-cı illərdə teatr ən yeni, təzə, gənc, proqressiv ideyaların simvoluna çevrilib. "Sovremennik"ə bilet almaq üçün insanlar gecədən səhərədək kassa qabağında növbə tuturmuşlar, hər tamaşa bir hadisəyə çevrilirmiş.

# 4311 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər