Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı

Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
23 iyun 2021
# 15:47

Ukraynanın “Ліга Сміху” televiziya yumor şousunda Bakı şəhərini təmsil edən “Как по Маслу” komandası populyar layihənin 8-ci mövsümündə iştirak edir.

İlk turun nəticələrinə görə, qeydiyyata alınan 109 komandadan 25-i ikinci tura keçib. Onların arasında Bakı komandamız da yer alıb.

Bu komanda 2018-ci ildən bəri, son üç ildə Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə kollektivdir.

“Çox həvəsliyik, çünki qarşımızdakı məqsədin məsuliyyətini tam anlayırıq. Komandamız gücləndi, yenidən formalaşdı və yeni mövsümə yeni ümidlərlə gedir. Komandamızın tərkibinə təcrübəli müəllif və "Planet Parni iz Baku" teatrının aktyoru Ələkbər Əliyev, həmçinin gənc istedadlı blogger Mark Kim daxil oldular. Səməndər Rzayev başda olmaqla komandanın “sütunlarından” olan Valeh Dayanov və Emil Dalivalovda yenilənmiş kollektivdədilər. Ümidvarıq ki, bu il Azərbaycan yumoru inkişaf edəcək və durğunluq dövründə olmayacaq. İnanıram ki, bu yumor “paradı”nı ölkəsini sevən, düzgün düşünən vətənpərvərlər irəli aparmalıdırlar. Müvafiq dəstəklə komandanın ölkəni yüksək səviyyədə təmsil etmək şansı var. Hazırda növbəti mərhələdə ikinci turda uğurla keçmək vacibdir”,- deyə komandanın kapitanı Cavid Şahbazbəyov söyləyib.

# 3466 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər