Tövlədən çıxan kimi ot yeyən qarı... - Onu kim zəncirləyib?

Tövlədən çıxan kimi ot yeyən qarı... - Onu kim zəncirləyib?
3 iyun 2021
# 12:10

İnsan yaşlandıqca uşaqlaşır, ancaq uşaqlar onlara edilən pisliklərdən xəbərsiz olur, qocaların qəlbi parçalanır.

Gədəbəydə tövləyə bağlanan 87 yaşlı Səkinə Həsənovanın hansı məqsədlə o kökə salındığı bəlli deyil. Çox güman ki, eləcə, astadan unudulacaq...

Videolarda isə insanın içinə köz pərçimləyən bir neçə epizod var. Biri elə qadının gün işığına çıxan kimi ot yeməsi...

Bəli, qadın yerdən ot qoparıb yeyirdi. Hər nə qədər ölkə əhəmiyyətli hadisə kimi görünməsə də, zəncirlə bağlanan bir qarının tövlədən çıxan kimi ot yeməsi bu ölkədə görə biləcəyimiz ən tükürpədici hadisədir.

Ancaq bir xoşbəxtlik, rahatlıq var idi hərəkətlərində. Zülmət tövlədən çıxmağı yəqin ki, bəs eləmişdi. Onun yaşamaq eşqi...

Ən ağır cinayətlərin bir səbəbi var və insan bu səbəbləri biləndə durumla barışmasa da, azından cinayəti başa düşür.

Ancaq ömrünün son günlərini yaşamaq istəyən qarı üçün bir sandıq üstü tapılmırdımı?

Görəsən, o qadını niyə tövlədə bağlamışdılar?

O yaşda qadın neyləyə bilərdi ki, qaranlıq tövlədə zəncirlənə?

Məncə, bu hərəkətin heç bir qarşılığı insanı toxtada bilməz.

Bu yaşda qadın heç kəsə onu tövləyə bağladacaq qədər mane ola bilməz.

Mentalitetimizdə xəyanətkar qadınları tövləyə, mal bağlanan çatıyla bağlamaq kimi bir stereotip olub.

Ancaq bizim, bəzən, ağız büzərək baxdığımız köhnə kişilər belə bunu 87 yaşlı qadına etməyiblər...

# 4950 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

18:30 28 sentyabr 2026
“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

18:04 28 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

18:00 28 sentyabr 2026
Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

17:46 28 sentyabr 2026
Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

17:30 28 sentyabr 2026
"Minnətdarlıq bəşəriyyətin mənəvi yaddaşıdır..." - Tanınmış sosioloqdan sitatlar

"Minnətdarlıq bəşəriyyətin mənəvi yaddaşıdır..." - Tanınmış sosioloqdan sitatlar

17:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər