Rəssamın avtoportreti hərraca çıxarıldı

Rəssamın avtoportreti hərraca çıxarıldı
18 iyun 2020
# 16:11

Holland rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandt Harmens van Reynin (1606-1669) sərt avtoportreti Sotheby's hərrac evində 15-20 milyon dollara satışa çıxarılıb.

Özünü 26 yaşında təsvir edən rəssam bu işi ən xoşbəxt və yaradıcılığının qaynar illərində yaradıb. O, Amsterdama köçdükdən sonra peşəkar bir rəssam kimi populyarlıq qazanmaq üçün əlindən gələni edib.

Sotheby's evinin qədim peşəkarlar bölməsinin rəhbəri Corc Qordon bildirib ki, sürətli bir şəkildə çəkilmiş avtoportret qeyri-adi şəkildə sərt bir üslubda tərtib edilib. Əsərdə qara geyimli və papaqlı, büzməli dəyirmi yaxası olan bir gənc təsvir olunub. Rəssam mütəxəssislərin fikrincə bu əsərdən öz qabiliyyətini varlı müştərilərə nümayiş etdirmək və ya iki il sonra evləndiyi bir qadının qohumlarını təəssüratlandırmaq üçün vizit kartı kimi istifadə edə bilərdi. /azertag.az/

# 3662 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər