Ramiz Rövşən Kolumbiya festivalında iştirak edəcək

Ramiz Rövşən Kolumbiya festivalında iştirak edəcək
30 iyun 2020
# 12:59

Ramiz Rövşən və Nigar Həsənzadə Kolumbiyanın Medellin şəhərində keçiriləcək ən böyük və ən nüfuzlu Beynəlxalq Poeziya Festivalında (Festival Internacional de poesía) ölkəmizi təmsil edəcəklər.

Kulis.az xəbər verir ki, festival avqustun 1-dən oktyabrın 10-dək keçiriləcəkdir. Şairlərimiz sentyabrın 5-də çıxış edəcəklər. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il festival onlayn şəkildə keçiriləcək. Hər oxucuya şeirlərini oxumaq üçün 20 dəqiqə vaxt verilcək. Festivalın qaydalarına əsasən, şeirlər ispan dilinə tərcümə olunmaqla orijinal dildə oxunacaqdır. Festivalda dünyanın 103 ölkəsindən 191 şair iştirak edəcəkdir.

Qeyd edək ki, təşkilatçılar bütün ölkələrin sakinlərinə dünyanın müxtəlif dillərində bəstələnmiş şeirin gözəlliyini çatdırmaq məqsədini daşıyırlar. Dünyanın məşhur şairləri və qiraət ustaları sülhə və yaradıcılığa dəstək olmağa çağırışı ilə festivalın kürsüsündən çıxış edirlər.

# 3849 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər