Qüsursuz həyat - Uşaqların yazdığı nağıl

Qüsursuz həyat - Uşaqların yazdığı nağıl
23 iyun 2020
# 14:15

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə başa çatmaq üzrədir.


7-13 yaş arası uşaqların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

I, II, və III yerin qaliblərindən əlavə qalan 7 nağıl bu gündən etibarən “Kulis.az” saytında yayımlanaraq, saytın Facebook səhifəsindəki oxucu likeləri əsasında qiymətləndiriləcək. Ən çox like toplayan nümunəyə təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

Bu dəfə isə “Oyuq” teatr studiyasının kiçik aktyoru Sabir Seyidovun “Qüsursuz həyat” nağılını təqdim edirik.

Biri var idi, biri yox idi. Breki adlı bir oğlan var idi. Onun 9 yaşı var idi. Breki çox qəribə uşaq idi. Beləki, o tez-tez əsəbləşib özündən çıxırdı. Gününün çox hissəsini kompyüterin qarşısında oyun oynamaqla keçirirdi.


Günlərin bir günü anası əlində böyük bir qutu Brekiyə yaxınlaşıb qutunu masanın üztünə qoyub deyir:

- Sənin üçündür!

Breki gözucu qutuya baxıb onun qapağını qaldırır. Bu an bir küçük hoppanıb qutudan Brekiyə boylanır. O, çox şirin və şıltaq görsənirdi. Breki təəccüblə onun əlinə götürüb süzməyə başladı . Birdən gördüyü mənzərədən əsəbləşib küçüyü qəfil yerə atdı. Küçüyün bir ayağı yox idi. Buna baxmayaraq o çox şən və sevincli idi, elə hey Breki ilə oynamaq istəyirdi. Masanın altındakı balaca qırmızı topu görən kimi cumub götürdü. Topu Brekiyə tərəf atdı. Breki qəzəblənib topu geri tulladı. Küçük sevincək olub bunu oyun zənn etdi və o yenidən qaçıb topu gətirdi. Breki bir qədər küçüyü izlədikdən sonra nə düşündüsə əlini çəliyinə uzadıb ayağa durdu. Ayağının biri olmadığına görə bir qədər çətinliklə əyilib topu yerdən götürdü və yenidən küçüyə tərəf tulladı. Beləliklə bir azdan onlar oyunlarını həyətdə davam edirdilər...

Nağılımız burda sona çatdı, uşaqlar! Bəyəndinizmi? Mənə çox maraqlıdır... Fikirlərinizi yazın zəhmət olmasa. Sizcə Breki necə biri idi? Nağılın sonunda Siz nəyi anladınız? Məndən bu qədər! Almaların bölgüsünü isə Sizə həvalə edirəm. Hələlik....

# 5708 dəfə oxunub

Oxşar xəbərlər

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər