Özbək şairi 44 günlük müharibədən kitab yazdı

Özbək şairi 44 günlük müharibədən kitab yazdı
27 iyul 2021
# 18:51

Özbəkistanda tanınmış şair Xasiyyət Rüstəmin Azərbaycanın Vətən müharibəsindən bəhs edən “44 gün” kitabı özbək və Azərbaycan dillərində çap olunub.

Kulis.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan kitabın ədəbi məsləhətçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyardır.

Kitabın tərcüməçiləri Rəhmət Babacan, İntiqam Yaşar və Elşan Əzimdir.

Topluda Azərbaycana həsr olunan “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün” əsəri, “Yuxuma girir Qarabağ” gündəliyi çap olunub.

Topluda həmçinin Xasiyyət Rüstəm haqqında Qənirə Paşayevanın, professor Ramiz Əskərin, şair Əkbər Qoşalının, şair Afaq Şıxlının, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və yazıçı Eluca Atalının fikirlərinə də yer ayrılıb.

# 4271 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər