Onlara laqeyd olan ölkə intihar edir - Dahilər müəllimlər haqda nə deyir?

Onlara laqeyd olan ölkə intihar edir - Dahilər müəllimlər haqda nə deyir?
28 fevral 2020
# 21:01

Kulis.az son vaxtlar Azərbaycan müəlliminin cəmiyyətdə mübahisəli imic yaratdığını nəzərə alaraq, dahi şəxsiyyətlərin bu peşə sahibləri haqqında fikirlərini təqdim edir.

Sokrat: Dünyada hər şeyə dəyər biçilə bilər, amma müəllimin əsərinə dəyər biçilməz. Çünki onun əsəri hər şeydir, həm də heç bir şeydir.

Həzrəti Əli: Mənə bir hərf öyrədənin, qırx ili qulu olaram.

Volter: Məktəbdə oxuduqları ilə kifayətlənməyənlər, müəllimləri ilə söhbət edən uşaqlara bənzərlər.

Albert Eynşteyn: Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir.

Tomas Addison: Mərmər heykəltəraş üçün nədirsə, müəllim də uşağa odur.

Henri Adams: Müəllim əbədiyyətə hökm edən insandır. Təsirlərinin harada bitəcəyi bilinməz.

Image result for müəllim

Mustafa Kamal Atatürk: Bir cəmiyyət milli ola bilmək üçün mütləq müəllimlərə və tərbiyəçilərə möhtacdır.

Anton Çexov: Müəllimlərə heç kimə olmadığı qədər təminat yaratmaq məcburiyyətindəyik. Bunu da tez bir zamanda etməliyik. Çünki xalq, hər tərəfdən kifayət qədər təhsil görməsə, dövlət yaxşı bişməyən kərpicdən hörülən bir ev kimi çökər. Müəllim eynən bir sənətkar kimi işinə aşiq olmalıdır.

Oşo: Öz qəlbini dinləməlisən, o sənin yeganə müəllimindir.

Stepan Kinq: Müəllimliyin ən yaxşı tərəfi bilirsiniz nədir? Bir uşağın bacarığını kəşf etdiyi ana şahid olmaq. Dünyada bununla müqayisə oluna biləcək bir şey yoxdur.

Con Steynbek: Gəldiyim qənaət budur ki, yaxşı müəllim yaxşı bir sənətkardır. Digər böyük sənətkarlar kimi onların da sayı azdır. Hətta çalışdığı sahə insan ağlı və ruhu olduğu üçün müəllimlik sənətkarların ən böyüyü belə ola bilər.

Tolkien: Ən yaxşı müəllim yanan əldir. Ondan sonra atəşə qarşı verilən öyüd könülə qədər enər.

# 4884 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər