Nizami Gəncəvi və Yunus Əmrə yə həsr olunan forum keçirilib

Nizami Gəncəvi və Yunus Əmrə yə həsr olunan forum keçirilib
24 may 2021
# 14:33

Mayın 20-21-də Türkiyənin "Eyuder Eğitim və Uzmanlar Dərnəyi" Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Azərbaycan Dillər Universiteti və "Uluslararası Dil Eğitim Dərnəyinin" birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda Uluslararsı Kültür və Eğitim forumu keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, forumda ali təhsil müəssisələri ilə yanaşı, hər iki ölkənin ümumi orta təhsil müəssisələrindən də müəllim və şagirdlər qatılmışlar. Forumun əsas məqsədi iki qardaş ölkənin elm və təhsil müəssisələrinin əməkdaşlarını bir araya gətirmək olmuşdur. Belə ki, yüksək səviyyədə təşkil olunmuş forumda çox maraqlı araşdırmalar, müzakirələr və diskussiyalar keçirilib. Forumun elə ilk günündən qarşıya qoyulmuş məqsədlər demək olar ki, uğurla həyata keçib. Araşdırmaçılar Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığından söhbət açıblar, şagirdlər də iki klassikin əsərlərindən ibarət şeirlər səsləndiriblər, onların əsərlərindən bəhs edən rəsmlər çəkərək, forum çərçivəsində keçirilən müsabiqəyə təqdim ediblər.

Forumun açılışını Eyuder Azərbaycan dərnəyinin Azərbaycan təmsilçisi Gülnurə Babaşova açıb, daha sonra sözü Uluslararası Dil Eğitim Dərnəyinin rəhbəri Dincər Bektaşa verib.

Daha sonra Eyuder Eytim dərnəyinin rəhbəri Adem Çilek və Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək 2 gün davam edəcək forumun işlərinə uğurlar arzulayıb. Müxtəlif panel və saatlarda keçirilən forumda AMEA-nın İmadəddin Nəsimi adına institutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru, akademin Muxtar İmanov, AMEA-nın Ədəbiyyat İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, AMEA-nın İmadəddin Nəsimi adına İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyeva, Bakı Dövlət Universitetinin Professor, filologiya üzrə elmlər doktoru Sənan İbrahimov, Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova, Azərbaycan Dillər Universitetinin filologiya üzrə fəlsəfə doktoru Aynur Beşkonak, Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva, Azərbaycan Dillər Universitetinin doktorantı Qismət Rüstəmov iştirak ediblər.

Türkiyədən isə Muğla Sıtkı Koçman Üniversitesinin professoru, doktor Namık Açıkgöz, Bandırma Onyedi Eylül Üniversitetinin dosenti, doktor Bahtiyar Arslan , Şair-yazar Ali Saçıkara, yazar Mustafa Özçelik, Bandırma Onyedi Eylül Universitetinin doktoru, dosent Osman Ünlü, Trabzon Universitetinin doktoru, dosent Suat Ungan, Nart Noyan- Editör, Alparslan Tolga Akpınar, yazar, İstanbul Universitetinin professoru Mücahit Kaçar və bir çox elm xadimləri iştirak ediblər. Forum axşam saatlarına qədər davam edərək, 21 mayda öz işini yekunlaşdırıb.

# 3489 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər