Musiqili Teatra Baş rejissor təyin olundu

Musiqili Teatra Baş rejissor təyin olundu
14 iyul 2021
# 16:40

Akademik Musiqili Teatra yeni Baş rejissor təyin olunub.

Teatrdan Kulis.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının mədəniyyət naziri A.Kərimovun müvafiq əmri ilə tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Baş rejissoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İmamverdiyev Cavid Sudeyf oğlu 28 iyun 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin “Filologiya” fakultəsini, daha sonra Moskvada ali rejissor kursunu bitirib.

O, “Парни из Баку” (“Bakılı oğlanlar”) komandasının yaradıcılarından biridir və bu sahədə uğurlu fəaliyyəti nəticəsində 1995-ci il Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu olub. 2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb.

# 3080 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi

18:00 3 iyul 2026
Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

17:56 3 iyul 2026
Deniz Göktaş həbs olundu

Deniz Göktaş həbs olundu

17:37 3 iyul 2026
“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

16:10 3 iyul 2026
"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

15:20 3 iyul 2026
"Aşıq Ələsgərin anım tədbirləri”  layihəsi çərçivəsində növbəti tədbir keçirildi

"Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

12:40 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər