Məşhur serialın aktrisasından Azərbaycana dəstək

Məşhur serialın aktrisasından Azərbaycana dəstək
9 noyabr 2020
# 10:07

"Diriliş Ertuğrul" teleserialının aktrisası Könül Nağıyeva oxuduğu mahnıda "Karabakh is Azerbaijan" deyərək Qarabağın Azərbaycana məxsus olduğu mesajını verib.

Kulis.az xəbər verir ki, Azərbaycana dəstək göstərmək üçün müxtəlif musiqi janrlarının da yer aldığı mahnının videosunu sosial şəbəkələrdə paylaşan K.Nağıyevaya çoxsaylı insan dəstək göstərib.

Bununla bağlı Türkiyə mətbuatına verdiyi müsahibəsində aktrisa hər kəsi həqiqəti danışmağa, gerçəkləri dəstəkləməyə və hər dildə, müxtəlif janrda oxumaq üçün hamını ona qoşulmağa çağırıb: "Həqiqəti dəstəkləyirəm və həqiqət budur ki, "Qarabağ Azərbaycandır!". Azərbaycanda bir çox mədəniyyətlər mövcuddur. Biz həmişə tolerant xalq olmuşuq və bu, heç vaxt dəyişməyəcək. Çünki biz digər mədəniyyətləri sevirik və onlara hörmət edirik. Bu gün musiqi ilə həqiqəti söyləyirəm. Müxtəlif musiqi tərzlərini özündə cəmləşdirən bu melodiyada yalnız bir mesaj var, o da "Qarabağ Azərbaycandır!".

Müsahibədə qeyd edilir ki, "Diriliş Ertuğrul" serialında Almıla Hatun obrazını canlandıran aktrisanın bu ifasında klassik, rok, caz, pop və Azərbaycan musiqiləri sintez edilib.

# 3763 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər