Mədəniyyət naziri Kuba səfiri ilə görüşdü

Mədəniyyət naziri Kuba səfiri ilə görüşdü
26 iyun 2021
# 11:33

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 25-də Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüş keçirib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumnata görə, qonağı salamlayan nazir Anar Kərimov Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bunun üçün əlverişli imkanların olduğunu qeyd edib.

Görüş zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin, tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo Azərbaycan və Kuba arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edib. Mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdıran diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

# 2627 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər