Mədəniyyət Nazirliyi Ermənistana bəyanat verdi

Mədəniyyət Nazirliyi Ermənistana bəyanat verdi
18 fevral 2021
# 12:54

Mədəniyyət Nazirliyi Ermənistan mediasının fevralın 20-də Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən ötən ilin noyabrın 1-də çıxarılan xalçaların sərgisi keçirilməsi ilə bağlı bəyanat yaydı.

Kulis.az xəbər verir ki, xəbər verir ki, bəyanatda deyilir: “Belə ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınımış əraziləri daxilindən mədəni irs nümunələrimizin qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi kimi əməlləri UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci maddəsinə əsasən beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı bütün məsuliyyət Ermənistan Hökumətinin üzərinə düşür.

Bununla yanaşı, xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlərboyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

Xalçaçılıq sənəti qədimdən bəri Azərbaycan xalqının bəşəriyyətə miras qoyduğu nadir irs nümunələrindən biridir. Təsadüfi deyil ki, 2010-cu ildə Azərbaycan xalçasının toxunması ənənəvi sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınmışdır. Bu ənənə xalqımızda o qədər dərin köklərə bağlanmışdır ki, Azərbaycanın hər bir bölgəsində geniş yayılmış və inkişaf etdirilmişdir. Tarixən Azərbaycanda 8 əsas xalçaçılıq məktəbi fəaliyyət göstərmiş və hər biri öz naxış və boyaları ilə bir birindən fərqlənmişdir. Xalçaçılıq ənənələrinin məhz Qarabağ ermənilərində yayılmasının da səbəbi odur ki, bu sənət Azərbaycan icmasından mənimsənilmişdir.

Tarixən, ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan məlumatları dünyaya yaymağa cəhd etmişlər. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır.

Beləliklə, Ermənistan Hökumətinin himayəsi ilə nümayişkaranə şəkildə Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən qeyri-qanuni çıxarılan xalçaların sərgisinin keçirilməsi Ermənistanın bu sahədə tərəfdaş olduğu və öhdəlik götürdüyü beynəlxalq Konvensiyalara hörmətsizliyinin bariz nümunəsidir və bu yanaşmaya UNESCO tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bu məsələ ilə əlaqədar UNESCO ilə lazımi hüquqi prosedurları həyata keçirəcək”.

# 2383 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər