Könül Arifdən duyğu dolu yazı: "Bir vedrəlik arzu"

Könül Arifdən duyğu dolu yazı: "Bir vedrəlik arzu"
8 noyabr 2020
# 11:12

1995, 31 aprel. Saat 16:20.

Atam Arif bəy vəfat edəndə övladlarından bircə mən evdəydim - sonbeşiyi. Bircə gün ağır yatdı, həmin gündə də dünyasını dəyişdi. Gündüz məni yanına çağırıb iki diləyini tapşırdı: "Anana kömək et, çox işləyir, qoyma yorulsun, muğayat ol", sonra dedi: "Sən hələ uşaqsan, bəlkə sən görəcəksən Şuşanı gələcəkdə, o biriləri yox, indi bir söz deyəcəm, buna pis olma, sıxma ürəyini, deməliyəm bunu. Nə vaxtsa Şuşaya getsən, ordan mənim qəbrimə bir vedrəlik torpaq gətir tök".

Qarabağ haqda söhbət açılanda, həmişə demişəm ki, mənim həyatda bir vedrəlik arzum var.

Ötən ay işlədiyim şirkətdən əsgərlərə hərbi geyim göndərilirdi. Dedilər ki, hər bir hərbi formanın cibinə əməkdaşlar bir məktub yazsın. Beləcə, hər əsgərin cibində bir məktub olacaq. Payıma düşən məktubda əsgər qardaşımıza mənim o bir vedrəlik arzumla yanaşı, hələ bilmədiyimiz neçə arzuları ayaqları ilə addım-addım nicata - torpaqlarımıza apardıqlarını uzun-uzun yazdım. Məktubun arxasına "Axına qarşı üzən balıqlar" şeirimi yazdım. Ordakı iki misra - güllə axınına qarşı sinə gərən əsgərlərin fədakarlığının bircə zərrəsinin əksidir:

Özünü çay daşlarına vuran bu balıqların canında
Nə bir qorxu görə bilərsən, nə də bir yara!

# 3967 dəfə oxunub

Oxşar xəbərlər

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər