Konstitusiya Günü ilə bağlı sərgi

Konstitusiya Günü ilə bağlı sərgi
12 noyabr 2020
# 16:31

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “12 Noyabr Azərbaycan Respublikası Konstitusiya Günüdür” adlı virtual sərgi açıb.

Hər il 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün ilk Milli Konstitusiyamızın qəbul edilməsindən 25 il ötür. Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açıb, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təsir göstərib. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “12 Noyabr Azərbaycan Respublikası Konstitusiya Günüdür” adlı virtual sərgi açıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin Konstitusiyamız haqqında fikirləri, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycanın dövlət rəmzləri, Konstitusiya hüququ haqqında kitab və dövri mətbuat materialları nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.

# 3801 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər