Kitabxanaçılar qazilərlə görüşdü

Kitabxanaçılar qazilərlə görüşdü
9 dekabr 2020
# 15:44

Respublika Gənclər Kitabxanası gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onları Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları ilə tanış etmək məqsədilə qazilər, igid döyüşçülərlə silsilə canlı yayımların təşkilinə qərar verib. “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan Əsgəri”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında təşkil olunan ilk belə canlı yayım baş tutub.

“Sevilənlər, sevənlər” rubrikası altında keçirilən bu canlı yayımın qonaqları qazi Mais Zeynalov və Azərbaycan Ordusunun zabiti Əli İbrahimli olun. Canlının ilk 30 dəqiqəsi Mais Zeynalovun iştirakı ilə keçib. Qazi canlı yayım izləyicilərinə özü, ailəsi, az da olsa uşaqlığı haqqında məlumat verib. Sonradan könüllü olaraq döyüş bölgələrinə yollanmağından, döyüşdüyü ərazilərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz bu döyüşlərdə xalqın dəstəyinin, Vətən sevgisinin ona yardımçı olmasını dilə gətirib. Vətən müharibəsində kəşfiyyatçı qismində iştirak edən qazimiz Vətənin hər bir qarışının böyük şücaət, əzm və qəhrəmanlıq hesabıma alındığını dilə gətirib.

Canlı yayımın ikinci hissəsinin qonağı Azərbaycan ordusunun zabiti Əli İbrahimli olub. Hazırda Murovdağda olan zabitimiz igid əsgərlərimizin qəhrəmanlıqlarından, döyüş zamanı nümayiş etdirdikləri yüksək əhval-ruhiyyədən danışıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə çalacağına döyüşlərin ilk günündən inandığını söyləyən Əli İbrahimli qəhrəmanlıqlarına görə əsgərləri arasında fərq qoymadığı söyləyib. O hər bir Azərbaycan əsgərinin qəlbində olan Vətən sevgisindən və bu sevginin onlara döyüşdə necə kömək olmasından söhbət açıb. Zabit Əli İbrahimli müharibədə hər bir döyüşün mürəkkəb olduğunu, İstər Şuşa, istər Zəngilan, istərsə də digər döyüşlər getmiş ərazilərimizin yalnız qəhrəmanlıq, yüksək şücaət hesabına geri qaytarıldığını söyləyib.

Canlı yayımın sonunda hər iki qonaq Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə öz minnətdarlıqlarını bildirdiblər.

Canlı yayımın aparıcısı Günay Həsonava sonda Vətən müharibəsində qazandığımız qələbənin igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığı, böyük səbrin və müdrik siyasətin sayəsində olduğunu vurğulayıb. Canlı yayım “Qarabağ Azərbaycandır!” şüarı ilə sona çatdı.

İstifadəçilər qazi Mais Zeynalov və Azərbaycan Ordusunun zabiti Əli İbrahimlinin iştirakı ilə keçirilən görüşə https://www.instagram.com/p/CIi8aS-nmT9/ linki vasitəsilə baxa bilərlər./azertag.az/

# 2769 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim vaxtımızda" ifadəsi niyə dilimizdən düşmür? - Leyla Sarabi

"Bizim vaxtımızda" ifadəsi niyə dilimizdən düşmür? - Leyla Sarabi

11:40 23 fevral 2026
“Nəsil yaddaşı”  filmi nümayiş olundu

“Nəsil yaddaşı” filmi nümayiş olundu

11:00 23 fevral 2026
"Oğlumun yanına getmək istəyirəm" - Öləcəyi günü bilən Xalq artisti

"Oğlumun yanına getmək istəyirəm" - Öləcəyi günü bilən Xalq artisti

10:40 23 fevral 2026
Nailə İslamzadə: "Özləri səviyyəsində müğənnilərin qeybətini edirlər"

Nailə İslamzadə: "Özləri səviyyəsində müğənnilərin qeybətini edirlər"

20:48 22 fevral 2026
Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

17:20 21 fevral 2026
Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

13:40 21 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər