İncəsənət Muzeyində ustad dərsləri keçirilib

İncəsənət Muzeyində ustad dərsləri keçirilib
25 fevral 2020
# 19:00

Tarixin bütün mərhələlərində inkişaf edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsini təşkil edən, Azərbaycan xalq-tətbiqi sənətinin əvəzsiz və tükənməz sərvətlərindən biri olan xalça sənəti xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur.

Bu məqsədlə Azərbaycan Milli İncəsənət Muzeyində xalq yaradıcılığının unudulmaqda olan növlərinin gələcək nəslə tanıtmaq, yenidən yaşatmaq və sevdirmək məqsədilə “Sehrli naxışlar” adlı yeni ustad dərslərinə başlanılıb.

Uşaqların yaradıcılıq bacarıqlarının inkişafını təkmilləşdirən və tarixi-mədəni dəyərlərimizi təbliğ edən ustad dərslərində kiçik ziyarətçilər Azərbaycan xalçaçılıq mərkəzləri, xalça növləri, tipləri haqqında ətraflı məlumat əldə edəcək, xovsuz xalçaların ən geniş yayılmış növlərindən biri olan palazı öz sehrli əlləri ilə toxuyacaqlar. Bundan başqa, ustad dərslərində milli nağıllarımız əsasında hazırlanmış “Kölgə tamaşa”sını izləyəcək, “De Burun sarayı" kimi tanınan muzeyin yeni binasında Qərbi Avropa, Rus və Şərq incəsənətinin müxtəlif dövr, çeşid və üslublarını özündə ehtiva etdirən misilsiz bədii incilərlə tanış olacaq, dünya incəsənəti haqqında dolğun və ətraflı təsəvvür əldə edəcəklər.

Ustad dərslərində uşaqlar, həmçinin təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar.

Azərbaycan Milli İncəsənət Muzeyi bütün azyaşlı sənətsevərlərini “Sehrli naxışlar” layihəsində iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, dərslər fevralın 27-dək davam edəcək. /azertag.az/

# 3154 dəfə oxunub

Oxşar xəbərlər

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər