ISESCO Qarabağla bağlı bəyanat yaydı

ISESCO Qarabağla bağlı bəyanat yaydı
30 sentyabr 2020
# 16:32

ISESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasından bildirilib.

Təşkilatın yaydığı açıqlamada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son inkişaf dinamikasından, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlıq ifadə olunur.

Bildirilir ki, ICESCO münaqişə tərəflərini son dərəcə təmkinli davranmağa, dialoqa və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da daxil olmaqla, bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş qərarlara əməl etməyi zəruri sayır.

ISESCO həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini Ermənistana xatırladaraq tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə, beynəlxalq humanitar yardımın bölgəyə maneəsiz daxil olmasına imkan verməyə və region ölkələri arasında barışıq, mehriban qonşuluq və konstruktiv əməkdaşlığı möhkəmləndirməyə çağırır..

# 3298 dəfə oxunub

Oxşar xəbərlər

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər