Dram Teatrında uşaqlar üçün tamaşa

Dram Teatrında uşaqlar üçün tamaşa
6 fevral 2020
# 16:26

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa fevralın 15-də nümayiş olunacaq.

Balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.

Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva Mirzə Ağabəyli , Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Xədicə Novruzlu, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Ziya Ağa, Əlləz Əhmədov, İmran Qurbanov, Ənvər Məmmədov ifa edəcək. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.

Qeyd edək ki, Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib. /azertag.az/

# 2408 dəfə oxunub

Oxşar xəbərlər

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat etdi

16:28 19 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər