Daha bir filmimiz beynəlxalq festivalda - Foto

Daha bir  filmimiz beynəlxalq festivalda - Foto
15 sentyabr 2020
# 11:13

Azərbaycanlı rejissorun filmi Beynəlxalq Busan Festivalının əsas proqramına daxil edilib.

Kulis.az xəbər verir ki, Fransa və Azərbaycanın birgə istehsalı olan, rejissor Elvin Adıgözəlin “Biləsuvar” filmi çox nüfuzlu Beynəlxalq Busan Festivalının əsas proqramında yarışacaq.

Qeyd edək ki, Busan Festivalı hər il payızda Koreya Respublikasının Busan şəhərində keçirilir. Tokiyo və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı Asiyanın ən böyük film festivalı hesab olunur.

Müştərək iş olan filmin ssenari müəllifi də Elvin Adigözəldir. Film həmin bölgədə yaşayan bir neçə insanın həyatından bəhs edir. Rejissor filmdə insan, məqamlar və məkanlar məsələsinə işıq salır. Filmdə aktyorlar eyni zamanda öz adları ilə oynayırlar. Rejissor bu formada onlara həm özünü, həm başqasını oynamağa şərait yaradıb.

Karakteres, Memuar Films" və Adari Films prodakşnlarda istehsal olan filmin prodüserləri Etienne de Ricaud, İntiqam Hacılı və İradə Bağirzadədir. Ekran əsərinin operatoru Oktay Namazovdur.

Filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev, Ruslan İsmayılov və başqaları çəkiliblər.

Qeyd edək ki, Elvin Adıgözəl rejissor kimi ilk sərbəst debüt filmini - "Qaranlıqdan reportaj"ı Muğan bölgəsində çəkib. "Qaranlıqdan reportaj" bədii filmi 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalının əsas bölməsində iştirak edib.

Gallery

Gallery

# 4903 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər