Bəhram Bağırzadəni cihazdan ayırdılar

Bəhram Bağırzadəni cihazdan ayırdılar
1 iyul 2020
# 09:51

"Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, EKMO cihazına bağlı olaraq davam etdirilirdi. EKMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində EKMO cihazından ayırma qərarı verilib. Hazırda süni tənəffüs aparatı vasitəsilə özünün agciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır".

APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, eləcə də ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyr edilən müsbətə doğru dəyişikliklər var: "Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alındıqdan sonra qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsilə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə, komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər. İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqtəyi nəzərdən ehtiyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksionist, pulmonoloq və digər ekspertlerin rəyləri ümidvericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcək”.

Qeyd edək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

# 3361 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib

13:30 4 avqust 2025
Türkmənistanda “Azərbaycan Milli Günü”

Türkmənistanda “Azərbaycan Milli Günü”

12:47 4 avqust 2025
Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə...

Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə...

12:30 4 avqust 2025
“MasterChef 2025”in əsas heyətində son iştirakçı  müəyyənləşdi

“MasterChef 2025”in əsas heyətində son iştirakçı müəyyənləşdi

12:10 4 avqust 2025
Arif Babayevə ölmək üçün nə lazım idi? - Nadir Yalçın

Arif Babayevə ölmək üçün nə lazım idi? - Nadir Yalçın

12:00 4 avqust 2025
Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"

Salyanda kino sərgisi - "Çək... Amma bu dəfə fırçayla"

11:23 4 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər