Bakıya yayılan üfunət nəyin mesajıdır?

Bakıya yayılan üfunət nəyin mesajıdır?
7 iyul 2020
# 12:28

Son günlər Bakı qorxu filmlərini xatırladır. Elə bil tərk edilmiş, uçuq-sökük, kif qoxulu bir binaya girmisən. Bir yandan aylardı davam edən koronavirus, karantin, bir yandan da yanğın.

Dünən də sosial şəbəkələrdə, demək olar, hər kəs şəhəri bürüyən üfunət qoxusundan yazdı. Kimi kanalizasiya borularının partlamasından, kimiləri də Sobsan fabrikinin yanması ilə bağladı qoxunu.

Bəlkə də bu qoxunun mesajı karantin günlərində evlərdə qapalı qalan adamların qoxusudu, yaxud da çirkinləşən, murdarlaşan dünyanın simvolik qoxusu.

Sosial şəbəklərdə qoxu ucbatından bir çox insanın paylaşımları diqqət çəkdi. Hər şeyə şəbədə qoşan, yumor hissi olan cəmiyyətimiz qoxuya da zarafatlar qoşdu.

Patrik Züskindin “Ətriyyatçı” romanı yadıma düşdü. Əsərdə hadisələr XVIII əsrin Fransasında cərəyan edir. Qrenuy Parisdə balıq satılan palçıqlı bir küçədə doğulur və ordakı ilk aldığı iyrənc qoxu ilə hamıdan fərqli bir qabiliyyət sahibi olur. İnsanların qoxusu olmadığı üçün ondan çəkindiklərini və nəhayət özü də bunun həqiqət olduğunu anladığı gün o qatilə çevrilir. İstədiyi qoxunu əldə etmək üçün tam olaraq Qras şəhərinin ən gözəl, yeniyetmə və ən əsası bakirə qızlarının qatili olur. Onları öldürərək bədənlərindəki xüsusi qoxunu alır. Amma istədiyi qoxunu alması üçün bir qız qalır ki, bu da Laura adlı kürən saçlı, şəhərin ən gözəl qızı olur. Atası onu nə qədər qorumağa çalışsa da, Qrenuydan qurtara bilmir. Qrenuy nəhayətki, 25 qızın qoxusundan ətir düzəldir. Və elə o gün də ələ keçir.

Bakıdan gələn qoxu isə nə “aşk kokusu”du, nə də qadın ətri. Bu qoxu bəlkə də koronavirusun qoxusudur.

Virus, yanğın və qoxu. Elə bil üçü birində kofedir. Baş verən hadislər şəhər insanlarını psixoloji cəhətdən zədələyir, ürküdür. Hər kəsin içində sualların cavabı aranır. Bütün bu həngamələr nə vaxt bitəcək?! Nə zamansa bu ağır günləri xoş bir xatirə kimi xatırlayacağıqmı, deyə var-gəl edən fikirlər, xəyallar, arzular...

İnsanları həm də, qorxduğu, iyrəndiyi şeylər birləşdirir. Xoşbəxtliyi paylaşanları görürükmü heç?

Karantində özümlə baş-başa qaldığım günlər oldu. Uzun müddət idi özümlə danışmırdım, dərdləşmirdim. Yaşadığım qəsəbənin fərqli yerlərini kəşf elədim. Alışa bilmədiyim yer qəfil mənim üçün doğmalaşdı. Filmlər, kitablar da öz yerində. Balaca həyətimizdə güllər əkdim. O güllər bu günlərdə yetişib. Hərdən hər şeydən bezəndə gedib o gülləri qoxlayıram. Karantin gülləri.

Bir gün üfunət, qoxular yoxa çıxacaq. Bu ağır günlərin sonunda bizi işıqlı, məst qoxulu günlər gözləyir. O günə kimi səbrlə, əzmlə gözləyək.

# 5504 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında

Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında

15:45 2 iyul 2025
Seyyid Əsrinin ilk kitabı – "Fidan çiçəkləri"

Seyyid Əsrinin ilk kitabı – "Fidan çiçəkləri"

14:50 2 iyul 2025
2026-cı ildə kimlər Oskar ala bilər? – İlk proqnozlar...

2026-cı ildə kimlər Oskar ala bilər? – İlk proqnozlar...

14:30 2 iyul 2025
"Squid Game"  rekord qırdı

"Squid Game" rekord qırdı

13:45 2 iyul 2025
Hamısı hərbi xidmətini başa vurdu - "BTS" üzvləri musiqiyə qayıdırlar

Hamısı hərbi xidmətini başa vurdu - "BTS" üzvləri musiqiyə qayıdırlar

12:17 2 iyul 2025
İmam Hüseyn Qərbin qəhrəmanı olsaydı... - Miri Rəsulzadə

İmam Hüseyn Qərbin qəhrəmanı olsaydı... - Miri Rəsulzadə

11:43 2 iyul 2025
#
#
# # #