Azərbaycanlı şair bəyanat verdi – Mətn

Azərbaycanlı şair bəyanat verdi – Mətn
20 dekabr 2019
# 12:39

Aqşin Evrən bəzi şeirlərindən imtina etməsi ilə bağlı bəyanat yayıb.

Şairin Kulis.az-a göndərdiyi bəyanatın mətnini təqdim edirik.

“Bir müddətdir ikinci şeir kitabımı nəşrə hazırlayıram deyə, əvvəl yazdığım şeirləri də saf-çürük edirəm. Təbii, bu saf-çürükdən sonra poeziyanı daha dərindən bilən dostlarımızla da müzakirələr aparacam.

Bu prosesin fonunda ötən gün Feysbuk səhifəmdə 4 il əvvəl yazdığım bir şeirimi paylaşıb, bundan imtina etdiyimi yazdım. İstər oxucular, istərsə də bəzi dostlarımız buna qarşı çıxdılar. Təbii, insan itkisi kimi mətn itkisinin də özünəməxsus ağrısı var. Amma yaradıcılıq və sənət məfhumu elə bu itkilərlə bütövləşir. Nələrisə itirməlisən ki, səndə tam olmaq instinkti formalaşsın.

Bu mənada əvvəl yazdığım bəzi şeirlərdən imtina prosesi başlatmışam. Yəni zəif hesab etdiyim şeirlərimi öz arxivimdən silirəm və onları bir də heç vaxt üzə çıxartmayacağam.

Ümumiyyətlə, dövr dəyişir, hətta insan həyatına birbaşa təsir edən texnoloji vasitələr, dərmanlardan belə imtina edilir. Onların yerini daha yaxşıları, yeniləri və keyfiyyətliləri tutur. Məsələn, çağdaş dünya insanı xırda bir detala görə Ayfonun əvvəlki modelindən imtina edir və yeni modeli üçün minlərlə pul xərcləyir. Düşünürəm ki, bu imtina prosesi ədəbiyyatda – müəllifin özündə də getməlidir.

Məsələ təkcə həmin şeirləri yenidən gündəmə gətirməmək yox, həm də həmin şeirləri (bənzərini) yenidən yazmamaqdır. Çox istərdim ki, gənc dostlarımız da özlərində bu imtina prosesini başlatsınlar.

Gənc müəlliflər tez-tez oxucuların çox bəyəndiyi, ən çox “bəyənmə” gələn şeirlərini paylaşırlar. Çox vaxt bu, onların ən zəif şeirləri olur – tərkibində söz oyunları, gəlişigözəl deyilmiş fikirlər, didaktika, tavtalogiya, mahiyyətin yox, qafiyənin gətirdiyi misralar, qəlibləşmiş sevgi tezisləri və s. Amma təəssüf ki, sosial şəbəkənin rəyi dostlarımızın bu həqiqəti - şeirin zəifliyini görməsinin qarşısını alır. Düşünürəm ki, poeziyamızı yuxarıda sadaladığım çürüntülərdən təmizləməyin vaxtı çoxdan çatıb.

Mən bir neçə ölkənin çağdaş poeziyası ilə tanış olmuşam: əmin olun, bizim ədəbiyyatdakı istedad sayı və miqyası heç də onlardan geri qalmır, əksinə bəzi məqamlarda önə keçir. Amma gənc müəlliflərimiz yaradıcılıqlarındakı çürüntülərdən həm bu gün, həm də öz gələcək yaradıcılıq fəaliyyətləri üçün xilas olmalıdırlar.

Hər kəsə uğurlar!”

# 3840 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu

Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu

18:35 30 aprel 2025
Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

18:10 30 aprel 2025
Fotoqraf model sevgilisini boğub öldürdü

Fotoqraf model sevgilisini boğub öldürdü

17:41 30 aprel 2025
“Welcome to Azerbaijan”  kitabının təqdimatı oldu

“Welcome to Azerbaijan” kitabının təqdimatı oldu

17:00 30 aprel 2025
Vaqif Bəhmənli ilə görüş keçiriləcək

Vaqif Bəhmənli ilə görüş keçiriləcək

16:35 30 aprel 2025
"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi

15:58 30 aprel 2025
# # #