Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 10 mükafat qazandılar

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 10 mükafat qazandılar
9 dekabr 2020
# 10:55

“Gilavar” Azərbaycan Foto Klubun təşkilatı dəstəyi ilə keçirilən “Baku 2020” adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

Kulis.az xəbər verir ki, beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə keçirilən müsabiqəyə dünyanın 64 ölkəsindən 342 fotoqraf tərəfindən 5140 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov, fotoqraf Kərim Abbasov və misirli Yasser Alaa Mobarak yer alıb.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca altıncı beynəlxalq foto müsabiqədir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 39 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov bürünc medal və fəxri lent, Roman İsmayılov gümüş medal, Nurlan Tahirli iki fəxri lent, Aleksandr Firstov xüsusi lent, Valeriy Xlızov, Rüstəm Məhərrəmov, Zaur Mustafayev və Kelvin Qasımov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 10 mükafat əldə olunub”.

Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son üç ildə beynəlxalq foto müsabiqələrdə iştirak edən fotoqrafların sayı, eləcə də qazanılan mükafatların sayı artır. Ümumilikdə FIAP himayəçiliyi altında keçirilən foto yarışmalarda azərbaycanlı fotoqraflar tərəfindən 250-yə yaxın mükafat əldə edilib ki, onlardan 38-i qızıl medallardır.

# 3179 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər