Azərbaycanın Xalq artisti beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın Xalq artisti beynəlxalq mükafata layiq görülüb
14 oktyabr 2021
# 19:00

Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyasının xüsusi mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. Avrasiya Xalqları Assambleyası Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı ilk dəfə olaraq “Biz təşəkkür edirik!” Beynəlxalq aksiyasının laureatlarını elan edib. Beynəlxalq sülh günü münasibətilə təşkil edilən təntənəli ziyafətdə ilk laureatlara diplom və döş nişanları təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən ictimai təsdiqlə müəyyən edilən laureatların sırasında Azərbaycanın Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynovun da adı yer alır.

Xalq artisti bu mükafata milli musiqi ənənələrinin qorunması və populyarlaşması və Avrasiyada sülh təşəbbüslərinin dəstəklənməsinə verdiyi töhfəyə görə layiq görülüb. Təşkilatın bu mükafatına həmçinin Rafael Ximens Kastaneda (İspaniya Kadis Universitetinin professoru), tanınmış yazıçı, dramaturq və bəstəkar Jon Farndon kimi məşhurlar layiq görülüblər.

Qeyd edək ki, Xalq artisti bundan əvvəl də bir neçə dövlətlərin medal və təltiflərinə layiq görülüb. Bunların sırasında Fransa Senatının medalı, "İncəsənət və Ədəbiyyat" ordeni (Fransa) və "Ləyaqət" ordeninin cəngavərlik xaçını (Macarıstan) vurğulamaq olar. /azertag.az/

# 3905 dəfə oxunub

Oxşar xəbərlər

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər