Azərbaycan rəqsləri Meksika səhnəsində

Azərbaycan rəqsləri Meksika səhnəsində
1 oktyabr 2021
# 18:30

Meksikanın Tampiko şəhərində ölkə müstəqilliyinin 200 illiyi münasibətilə təşkil olunan yubiley tədbirlərində Meksika hökuməti, Azərbaycan Mədəniyyət Nazirliyi və Mexikodakı səfirliyimizin dəstəyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyətinin təqdimatında konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən səfir Məmməd Talıbov Meksikanın müstəqillik gününün Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə üst-üst düşdüyünü, eləcə də bu il Meksikada müstəqilliyin 200 illik yubileyinin, Azərbaycanda isə müstəqilliyin bərpa olunmasının 30 illiyinin qeyd edildiyini vurğulayıb. O, əlamətdar yubiley münasibətilə Azərbaycan hökuməti və xalqı adından Meksika hökuməti və xalqını təbrik edib.

Sonra iştirakçılara Azərbaycanın zəngin musiqi ənənələri, aşıq, muğam sənəti, xalq və klassik musiqi irsi, tanınmış bəstəkar və vokal ifaçıları, habelə ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq musiqi festivalları, o cümlədən 28 il sonra işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərində bir neçə ay əvvəl keçirilmiş möhtəşəm beynəlxalq “Xarıbülbül” musiqi festivalı haqda məlumat verilib.

Tədbirdə çıxış edən Tampiko şəhər hökumətinin nümayəndəsi Azərbaycanın Meksika üçün əlamətdar olan bu tədbirdə iştirak edərək öz zəngin musiqi irsini yerli auditoriyaya canlı şəkildə təqdim etməsinə görə minnətdarlığını bildirib.

Ardınca ansamblın ifasında tamaşaçılara Azərbaycanın xalq və bəstəkar mahnıları, muğam kompozisiyaları, milli və əcnəbi klassik musiqi nümunələri və milli rəqs nömrələri təqdim olunub. Musiqiçilərimizin çıxışı Meksika auditoriyası tərəfindən böyük coşqu ilə qarşılanıb.

Sözügedən konsert COVID-19 pandemiyası başlayandan bu günədək Tampiko şəhərində keçirilən ilk mədəni tədbir olub.

# 4362 dəfə oxunub

Oxşar xəbərlər

"Ailə dağıdıb xoşbəxt olanlar..." - Subay xanım axı niyə evli bəy seçsin?

"Ailə dağıdıb xoşbəxt olanlar..." - Subay xanım axı niyə evli bəy seçsin?

10:00 17 sentyabr 2026
Xankəndidə İncəsənət Məktəbi  fəaliyyətə başlayacaq

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

09:38 17 sentyabr 2026
Tanınmış ssenarist, şair Alla Axundova vəfat etdi

Tanınmış ssenarist, şair Alla Axundova vəfat etdi

09:30 17 sentyabr 2026
"Buker" mükafatının uzun siyahısı açıqlandı

"Buker" mükafatının uzun siyahısı açıqlandı

09:28 17 sentyabr 2026
“Emmi”də “Ən yaxşı aktrisa” bəlli oldu

“Emmi”də “Ən yaxşı aktrisa” bəlli oldu

18:00 16 sentyabr 2026
“İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi yayımlandı

“İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi yayımlandı

17:30 16 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər